Əli Əhmədov Çin nümayəndə heyətini qəbul edib

Əli Əhmədov Çin nümayəndə heyətini qəbul edib
# 04 noyabr 2014 12:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Ə.Əhmədov deyib ki, Çindən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri Çinin Azərbaycana və regiona diqqətinin bariz nümunəsidir, iki ölkə arasında münasibətlərin inkişafından xəbər verir.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın xarici siyasət strategiyasında Şərq, o cümlədən Çin önəmli yer tutur. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin inkişafında YAP və Çin Kommunist Partiyasının öz rolu var: “İnanıram ki, bu görüş iki ölkə və iki partiya ilə münasibətlərin inkişafına öz töhfəsini verəcək”.

M.Biao isə Çin və Azərbaycanın yaxşı dostlar və etibarlı tərəfdaşlar olduqlarını söyləyib: “Hazırda iki ölkə arasında qarşılıqlı etimad var". O, İpək Yolu üzərində yerləşən Azərbaycanla iqtisadi əlaqələrin Çin üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR