Mosulda baş verən döyüşlərdə ən azı 50 nəfər ölüb

Mosulda baş verən döyüşlərdə ən azı 50 nəfər ölüb
# 07 avqust 2014 02:41 (UTC +04:00)

Bakı – APA. İraqın Mosul şəhərində hökumət qüvvələri ilə İŞİD arasında baş verən toqquşmalarda ən azı 50 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, "İraq Şam İslam Dövləti" qruplaşması (İŞİD) iyunun 10-da İraqın ikinci ən böyük şəhəri olan Mosulu nəzarət altına alıb.

Təxminən iki ay ərzində, yaraqlılar qədim din ocaqlarını darmadağın edib, dini azlıqlar davamlı olaraq təzyiqlərə məruz qalıblar. İraqın böyük hissəsini, eləcə də Suriyanın şimalına nəzarəti ələ alan İŞİD qrupu rəsmən özünü İslam dövləti elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR