Məhkəmə Bakı Şəhər İcra Hakimiyyətinin şirkətə qarşı şikayətini təmin edib

Məhkəmə Bakı Şəhər İcra Hakimiyyətinin şirkətə qarşı şikayətini təmin edib
# 07 iyun 2016 07:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) "Avirtel" MMC şirkətinə qarşı şikayəti əsasında məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə BŞİH-nin şikayətini təmin edib və birinci instansiya məhkəməsinin qərarını ləğv edib.


Qeyd edək ki, şirkət ona məxsus monitorun reklam daşıyıcısı olması barədə BŞİH-nin xəbərdarlığının qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. İcra Hakimiyyəti isə həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğvini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR