Azərbaycan müdafiə naziri iranlı həmkarına başsağlığı verib

Azərbaycan müdafiə naziri iranlı həmkarına başsağlığı verib
# 23 iyun 2016 11:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 22-də İranın Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması ilə əlaqədar İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqana və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Seyid Həsən Firuzabadiyə başsağlığı verib.

APA-nın məlumatına görə, onun məktubunda deyilir: "Dost İran İslam Respublikasının Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR