Rauf Mirqədirov məhkəmədə ifadə verib

 Rauf Mirqədirov məhkəmədə ifadə verib
# 18 noyabr 2015 10:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra R. Mirqədirov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib. Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR