Ukrayna prezidenti Dövlət Sərhəd Xidmətinin başçısını vəzifəsindən azad edib

Ukrayna prezidenti Dövlət Sərhəd Xidmətinin başçısını vəzifəsindən azad edib
# 06 oktyabr 2014 22:00 (UTC +04:00)

APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, Poroşenko, həmçinin Xidmət rəhbərinin müavini, dövlət sərhəd mühafizəsi departamentinin direktoru Pavel Şişolini də vəzifəsindən kənarlaşdırıb.

2003-cü ildən Dövlət Sərhəd Xidmətinə rəhbərlik edən Nikolay Litvinin istefası ilə bağlı məlumat iyunun əvvəlində ortaya çıxsa da, o, vəzifəsində qalmışdı. Qeyd olunur ki, Litvin dəfələrlə Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə əlaqədar tənqid olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR