Erməni deputat: "Ölkədə ordudan yayınma qanuniləşir"

Erməni deputat: "Ölkədə ordudan yayınma qanuniləşir"
# 28 aprel 2015 15:37 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Ermənistan parlamenti hazırda qüvvədə olan hərbi xidmətdən yayınmış vətəndaşlarla bağlı qanunun müddətini uzadıb.

APA-nın Ermənistanın epress.am saytına istinadən verdiyi məlumata görə, bu qanunla hərbi xidmətdən yayınan və xaricdə yaşayan 27 yaşı tamam olmuş Ermənistan vətəndaşlarına müəyyən məbləğdə pul ödədiyi təqdirdə geri qayıtmaq imkanı yaradılır.

Qanunun müddətinin uzadılması ölkədə birmənalı qarşılanmayıb. "Erməni Milli Konqresi”nin üzvü, deputat Qaqik Janqiryan müddətin uzadılmasını Konstitusiyanın tələblərinin pozulması kimi qiymətləndirib. O deyib ki, bu kimi cəhdlər problemləri həll etməyəcək.

Deputat bildirib ki, dəyişikliklə vətəndaşların ordudan yayınması qanuniləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR