FHN İsmayıllıda ölümlə nəticələnən yanğın barədə məlumat yayıb

FHN İsmayıllıda ölümlə nəticələnən yanğın barədə məlumat yayıb
# 20 dekabr 2014 11:09 (UTC +04:00)

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 56 kv.m sahədə və dam örtüyü 90 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2009-cu il təvəllüdlü Usubova Nuray Mirzə qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR