ÜST: Hepatit hər il 1,4 milyon insanın ölümünə, kəskin və xroniki qaraciyər xəstəliklərinin inkişafına səbəb olur

ÜST: Hepatit hər il 1,4 milyon insanın ölümünə, kəskin və xroniki qaraciyər xəstəliklərinin inkişafına səbəb olur
# 23 iyul 2014 09:17 (UTC +04:00)

Hepatit A və E - çirklənmiş qida və su vasitəsi ilə, Hepatit B - təhlükəli qan və daxili mühit mayeləri vasitəsi ilə, Hepatit C - əsasən, çirklənmiş qan vasitəsi ilə, Hepatit D – Hepatit B-in iştirakı ilə, əlavə infeksiya kimi yoluxur: “Təəssüflə qeyd etmək lazımdır ki, hələ də cəmiyyətdə Hepatitə qarşı biganəlik və məlumatsızlıq hökm sürür. Dünyada bu xəstəliyə qarşı ciddi tədbirlər həyata keçirilməkdədir. Belə ki, cari ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatı Hepatit C-nin müalicəsinə dair yeni tövsiyələr qəbul edib. Həmçinin, may ayında Ümumdünya Səhiyyə Assambleyası 194 üzv dövlətlə birlikdə, virus Hepatitin qarşısının alınması, xəstəliyin diaqnozu və müalicəsinə dair qətnamə qəbul edib.


28 iyul 2014-cü il Ümumdünya Hepatit Gününün şüarı “Yenidən düşün” (Think again) olacaq. Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada siyasətçiləri, tibb işçilərini və ictimaiyyəti bu səssiz ölüm barədə "yenidən düşünməyə" çağırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR