Nazir Əli Abbasov Ucarda vətəndaşları qəbul edib - VİDEO

Nazir Əli Abbasov Ucarda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 10 iyul 2015 12:32 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Ucarda vətəndaşlarla görüş keçirib. APA-nın yerli bürosunun məlumatına görə, Ə. Abbasov Ucar rayonu ilə yanaşı, Zərdab, Kürdəmir və Ağdaş rayonlarından olan vətəndaşlara göstərilən internet, poçt, radio və televiziya yayım şirkətlərinin keyfiyyəti və əhalini maraqlandıran digər məsələlərlə bağlı qəbul keçirib.

Jurnalistlərə açıqlamasında Ə. Abbasov bildirib ki, əvvəlki illərə nisbətən şikayət edənlərin sayı dəfələrlə azalıb: "Bu gündə cəmi 2 nəfər müəyyən arzularının həyata keçirilməsi üçün müraciət edib. Şikayət xarakterli heç bir müraciət olunmayıb. Şikayətlərin sayının azalmasının əsas səbəbi ölkə prezidentinin bu məsələlərə prinsipial yanaşması nəticəsində bütün nazirliklərin öz işlərini normal təşkil etməsidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR