Fikrət Məmmədov: “Azərbaycanda məhkəmələrə daxil olan mülki işlərin sayı ilbəil artır”

 Fikrət Məmmədov: “Azərbaycanda məhkəmələrə daxil olan mülki işlərin sayı ilbəil artır”
# 21 may 2015 10:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. "Azərbaycanda məhkəmələrə daxil olan mülki işlərin sayı ilbəil artır".

APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində qeyd olunub. Bildirilib ki, təkcə 2014-cü ildə mülki xarakterli işlərin sayı (2013-cü ilə nisbətən) 40%-dən çox artaraq 250 mini ötüb.

Məhkəməyə etimadın ən bariz göstəricisi isə pozulmuş hüquqların məhkəmə müdafiəsinə dair statistikadır. Belə ki, 2014-cü ildə birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 95,1%, iqtisadi mübahisələr üzrə isə 97,5% təşkil edib. Bütün mülki işlər üzrə yekun qərarların 91,8%-i, cinayət işləri üzrə hökmlərin isə 70%-i ilə tərəflər razılaşıb, başqa sözlə, həmin işlərdən apelyasiya şikayəti və ya protesti verilməyib.

Birinci instansiya məhkəmələrinin yekun qərarlarının sabitliyinin 2014-cü ildə bir az da yüksəlməsi, o cümlədən mülki işlər üzrə yekun qərarların 97,4%-nin, iqtisadi mübahisələr üzrə 98,4%-nin, inzibati mübahisələr üzrə 90,1%-nin, cinayət işləri üzrə isə 90,2%-nin dəyişdirilməyərək sabit qalması müsbət keyfiyyət dəyişikliyinin göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR