Bank Of Baku

Daşkəsəndə yük avtomobili aşıb, iki nəfər xəsarət alıb

Daşkəsəndə yük avtomobili aşıb, iki nəfər xəsarət alıb
# 19 may 2018 10:33 (UTC +04:00)

Daşkəsəndə yük avtomobilinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəza rayonda yerləşən Qoşqar dağı ərazisində baş verib. Hərəkətdə olan “Ural” markalı yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Qəza nəticəsində yaralanan 1990-cı il təvəllüdlü  Zakir Cəfərov, 1978-ci il təvəllüdlü Tofiq İsmayılov  Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

 

Onlara tibbi yardım göstərilib.  Xəsarət almış şəxslərdən  T.İsmayılovun vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR