Gənclər və idman naziri və Azərbaycan Avtomobil Federasiyasının prezidenti “Baku World Challenge” yarışına hazırlıqlarla tanış olublar - FOTOSESSİYA

Gənclər və idman naziri və Azərbaycan Avtomobil Federasiyasının prezidenti “Baku World Challenge” yarışına hazırlıqlarla tanış olublar - <span style="color: red;">FOTOSESSİYA
# 01 noyabr 2014 14:26 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov “Baku World Challenge” yarışına hazırlıqlarla tanış olublar.

APA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “AzTexnika” şirkəti tərəfindən təşkil edilən yarış ərəfəsində bu gün iştirakçı avtomobillərin hazırlıq yürüşləri və təsnifat yarışları keçirilib.

Tanışlıq zamanı bildirilib ki, Bakıda keçirilən “World Challenge”in final mərhələsində 30 avtomobillə 15 beynəlxalq komanda, “Formula-1” yarışı üzrə 10, driftdə isə 5 pilot iştirak edir.Pilotlar yarışda “BMW Z4”, “Audi R8LMS Ultra”, “Mercedes SLS AMG GT3”, “McLaren MP4-12C”, “Lamborghini LFII”, “Porsche 997 GT3”, “Aston Martin Vantage GT3”, “Corvette Z06 G” kimi idman avtomobillərində mübarizə aparacaqlar.

Məlumata görə, yürüş Xəzər sahili boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçiriləcək.

Qalib komanda 100 min avro qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan komandaya isə 25 min avro mükafat veriləcək.

“Baku World Challenge” dünyanın 175-dək ölkəsinin televiziya kanalında nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR