AVRO-2016: Rusiya millisi İngiltərə ilə heç-heçə oynayıb

<span style="color: red;">AVRO-2016:  Rusiya millisi İngiltərə ilə heç-heçə oynayıb
# 11 iyun 2016 22:50 (UTC +04:00)

Bakı-APA Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların ikinci qarşılaşması keçirilib.

APA-nın məlumatına görə, oyun gününün son görüşündə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkib. Marselin “Velodrom” stadionunda keçirilən gərgin oyun 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Matçın 73-cü dəqiqəsində Eric Dayer cərimə zərbəsindən vurduğu qolla hesabı aça bilib. Lakin, rusiyalı futbolçu Vasili Berezutski oyunun 90+2-ci dəqiqəsində cavab qolu ilə hesabı bərabərləşdirməyə nail olub.

Qeyd edək ki, B qrupunun ilk qarşılaşmasında Uels Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

Rusiya millisi iyunun 15-də keçiriləcək növbəti matçda Slovakiya ilə, İngiltərə yığması isə həmin gün Uels komandası ilə görüşəcək.

Avropa çempionatı

Qrup mərhələsi

11 iyun

B qrupu

İngiltərə - Rusiya - 1:1

Qol: Erik Dayer, 73 - Vasili Berezutski, 90+2

Baş hakim: Nikola Ritsoli

Marsel. “Velodrom” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR