ABŞ Quantanamo məhbusunu azad edib

ABŞ Quantanamo məhbusunu azad edib
# 23 iyun 2016 04:52 (UTC +04:00)

Bakı-APA. ABŞ Quantanamo həbsxanasında saxlanan Yəmən əsilli məhbusu azad edərək Monteneqro hökumətinə təhvil verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.

Son 14 ili həbsxanada keçirən Əbdül Malik Əbdül Vahab vətəni Yəməndəki qeyri-sabit vəziyyətə görə Monteneqroya göndərilib.

Hazırda Quantanamo həbsxanasında 79 məhbus qalıb. Qeyd edək ki, Barak Obama dəfələrlə həbsxananı bağlayacağına söz versə də, hər dəfə Konqresin etirazı ilə qarşılaşıb. Ötən ilin dekabrında ABŞ prezidenti bəyan etmişdi ki, 2016-cı ilin əvvəlində Quantanamoda məhbusların sayı 100 nəfərdən az olacaq.

Xatırladaq ki, Kuba ərazisində yerləşən Quantanamo həbsxanası 2002-ci ildə "Əl-Qaidə"nin törətdiyi 11 sentyabr terror aktından sonra açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR