Azərbaycanda quraşdırılan bankomatların sayı artıb

Azərbaycanda quraşdırılan bankomatların sayı artıb
# 03 noyabr 2015 07:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2015-ci il oktyabrın 1-nə 2 707 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, avqust ayı ilə müqayisədə 5 ədəd və ya 0,19% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 164 ədəd və ya 6,45% çoxdur.

Cari ilin oktyabrın 1-nə bankomatların 1 522-si (keçən ilə nəzərən 5,69% artımla) Bakı şəhərində, 1 185-i (keçən ilə nəzərən 7,43% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR