Şəhidin medalı Goranboyda ailəsinə təqdim edilib - VİDEO

Şəhidin medalı Goranboyda ailəsinə təqdim edilib  - <span style="color: red;">VİDEO
# 10 iyul 2015 10:47 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonundan olan şəhid Etibar Xüdavi oğlu Kazımovun ölümündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə” medalı ailəsinə verilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayon Gənclər Evində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sərəncamı ilə cəbhə bölgəsində düşmənin həmləsini dəf edərkən həlak olan Goranboy rayonundan olan şəhid Etibar Xüdavi oğlu Kazımovun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqləndiyinə görə” medalının ailəsinə təqdim olunması mərasimi keçirilib. Tədbirdə Müdafiə Nazirliyindən, “N” saylı hərbi hissənin nümayəndələri, Milli Məclisin üzvi Xanhüseyn Kazımlı, Goranboy rayon İcra Hakimiyyətin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin, idarə və təşkilatların təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən nazirliyin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani şəhid Etibar Kazımovun qısa, lakin şərəfli ömür yoluna nəzər salıb.

Qeyd edilib ki, cəbhədə qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Etibar Kazımovun rəşadəti hər kəs üçün örnək olmalıdır. Tədbirdə şəhid ailələri, müharibə veteranlarına dövlət qayğısı xüsusi vurğulanıb. Sonra şəhidin ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" medalı onun anası Elmira Kazımovaya təqdim edilib.

Qeyd edək ki, Azərbaycan torpaqlarının azadlığı uğurunda 285 Goranboy rayon sakini şəhid olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR