Moldova Müdafiə Nazirliyi: “Ölkəmizin Ermənistana silah satmaq niyyəti yoxdur”

Moldova Müdafiə Nazirliyi: “Ölkəmizin Ermənistana silah satmaq niyyəti yoxdur”
# 10 aprel 2013 09:45 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “Moldova Respublikası Ermənistana silah satmaq niyyətində deyil”. Bunu APA-ya açıqlamasında Moldova Müdafiə Nazirliyinin mətbuat şöbəsinin rəhbəri Diana Qravenaru bildirib.

Onun sözlərinə görə, Moldovanın müdafiə naziri Vitalie Marinutsa bu mövqeyi Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevlə işgüzar görüşündə bir daha diqqətə çatdırıb.

Moldova Müdafiə Nazirliyinin rəsmi açıqlamasından aydın olur ki, bu ölkə Ermənistana silah satmağa hazırlaşmır və əvvəl imzalanmış sazişin yerinə yetirilməsi dayandırılıb. Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevlə görüşündə Moldovanın müdafiə naziri Vitalie Marinutsa bildirib ki, son vaxtlar müxalifət mətbuatında yayılan məlumatlar həqiqətəuyğun deyil və ölkədəki vəziyyəti, eləcə də Azərbaycan-Moldova münasibətlərini gərginləşdirməyə yönəlib.

“Moldova Respublikasının rəhbərliyi Milli Ordunun aktivləri ilə ticarəti dayandırmaq qərarına gəlib. Bu yekun qərardır və yenidən baxıla bilməz” - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR