Nicat Feyzullayevin 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək

Nicat Feyzullayevin 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək
# 02 noyabr 2015 11:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 6-da Dövlət Film Fondunda kinorejissor Nicat Feyzullayevin 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Film Fondundan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Xatirə gecəsində görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR