Azərbaycan prezidenti Novruz şənliklərində iştirak edib - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycan prezidenti Novruz şənliklərində iştirak edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 19 mart 2013 08:44 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliklərində iştirak ediblər. Dövlət başçısı və xanımı Qız qalasının qarşısındakı meydana gəliblər. Prezident Novruz tonqalını alovlandırıb.

Sonra dövlət başçısı və xanımı Dənizkənarı Milli Parka gəliblər. Prezident bayram şənliyində nitq söyləyib.

Daha sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıb, nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları izlənilib. Prezident Federasiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib. Prezident və xanımı bayram şirniyyatları ilə çay içiblər.

Milli Parkda təşkil edilən “Şərq bazarı”nda müxtəlif bölgələri təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Gənc pəhləvanlar xalça üzərində məharətlərini göstəriblər.

Prezident və xanımı məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurub.

Azərbaycan prezidenti Bakı sakinlərinə və paytaxtın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR