Litvanın xarici işlər naziri Azərbaycana gəlib

Litvanın xarici işlər naziri Azərbaycana gəlib
# 21 oktyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana rəsmi səfərə gəlib. APA-nın xəbərinə görə, litvalı nazir Azərbaycan prezidenti İlham Əliyev, həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Sabah qonaq Şəmkir şəhərinə yola düşəcək və Azərbaycan-Litva hökumətlərarası komitəsinin iclasına sədrlik edəcək. Tərəflər Şəmkir və Vilnüs şəhərlərinin qardaşlaşması barədə sənəd də imzalayacaqlar.

Səfər oktyabrın 23-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR