VHP üzvünə hökm oxunub

VHP üzvünə hökm oxunub
# 04 iyul 2014 13:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Vətəndaş Həmrəyli Partiyasının (VHP) həbsdə olan üzvü Ömər Məmmədov hökm oxunub.

APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ö. Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ö. Məmmədov yanvarın 24-də Bakıda saxlanılıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Bakının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” Hərəkatını təsis edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR