Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Rusiya telekanalını məkrli niyyətə xidmətdə ittiham edib

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Rusiya telekanalını məkrli niyyətə xidmətdə ittiham edib
# 23 iyul 2014 13:37 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiyanın RBK telekanalını ictimaiyyəti aldatmaqda təqsirləndirib.

APA-nın məlumatına görə, o, öz “Twitter” səhifəsində yazıb ki, bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırma]a çalışır.

RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir. RBK kanalı 2 ermənini dəvət edərək, Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır”, - diyə N. Məmmədov qeyd edib.

Qeyd edək ki, RBK-nın aparıcısı Janna Nemtsova öz verilişinə uydurma “Dağlıq Qarabağ Respublika”sının “Xarici İşlər Nazirliyi”nin müşaviri Arsen Məlik-Şahnazarovu və daha bir erməni politoloqu dəvət edib, separatçı Dağlıq Qarabağ rejimini verilişində “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR