Angela Merkel Ukraynaya səfər edib

Angela Merkel Ukraynaya səfər edib
# 23 avqust 2014 11:57 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Almaniyanın federal kansleri Angela Merkel Ukraynaya səfər edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, A. Merkelin Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü olacaq. Liderlərin birgə mətbuat konfransı keçirməsi də nəzərdə tutulub.

A. Merkelin səfər proqramına baş nazir Arseniy Yatsenyukla görüş də daxildir.

Almaniyanın “Kreiszeitung” qəzeti A. Merkelin Ukrayna səfərini “lazımlı vaxtda vacib əlamət” kimi qiymətləndirib: “Ukraynalılar bu səfərə böyük ümid bəsləyirlər. Bu onlar üçün dövlət əhəmiyyətli hadisə olacaq”.

“Lausitzer Rundschau” qəzeti isə qeyd edir ki, Ukraynanın böyük hissəsi üçün böhran artıq bitib, lakin ölkənin şərqində müharibə vəziyyəti hökm sürür: “Ümid etmək qalır ki, bu çətin zamanlar nə vaxtsa bitəcək... Ona görə də, Angela Merkelin Kiyevə mesajı mülayimliyə və barışığa çağırış olmalıdır”.

“Kölner Stadt-Anzeiger” qəzetinin proqnozuna görə isə “telefon diplomatiyasından səfər diplomatiyasına” keçən Merkelin Kiyev və Riqadan sonra növbəti dayanacağı Moskva olmalıdır.

Qəzetdə qeyd olunur ki, Almaniya hökuməti hazırda özündə beynəlxalq məsuliyyət hiss edir və diplomatik ustalıq nümayiş etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR