Bakıda baş verən yol qəzasında 2 nəfər ölüb, 4-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzasında 2 nəfər ölüb, 4-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb
# 29 oktyabr 2014 14:45 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda “Honda” markalı minik avtomobilinin yol ayrıcındakı maneəyə çırpılması barədə məlumat daxil olub. Nəticədə avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu, sərnişin 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobildə müxtəlif bədən xəsarətləri alan 3 nəfər (2 qadın, 1 kişi), 4 azyaşlı və hər 2 meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR