Nigeriyada “Boko Haram” silahlıları 185 nəfəri girov götürüblər

Nigeriyada “Boko Haram” silahlıları 185 nəfəri girov götürüblər
# 18 dekabr 2014 15:10 (UTC +04:00)

Bakı – APA. Nigeriyada “Boko Haram” terrorçu qruplaşmasının üzvləri 185 nəfəri girov götürüblər.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, terrorçuların Qumsuri kəndinə hücumu zamanı 32 nəfər qətlə yetirilib.

Girov götürülənlər qadın və uşaqlardır.

Yerli administrasiyadakı mənbə bildirib ki, silahlı şəxslər kənddə olan kişiləri öldürdükdən sonra qadınları və uşaqları bir yerə yığaraq özləri ilə aparıblar. Onlar həmçinin kənddəki evləri yandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR