İtaliyada bazar meydanında furqon-barın partlaması nəticəsində 3 nəfər ölüb

İtaliyada bazar meydanında furqon-barın partlaması nəticəsində 3 nəfər ölüb
# 09 mart 2013 20:48 (UTC +04:00)

Bakı-APA. İtaliyanın Quastalla şəhərinin mərkəzi meydanında səyyar furqon-barda partlayış baş verib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində furqonda olan üç qadın ölüb, 8 nəfər isə yaralanıb. Yaralananların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüb. İlkin versiyaya görə, furqonda olan 2 qaz balonundan biri partlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR