Yens Stoltenberq: “Ukraynada atəşkəs pozulmaqdadır, hərbi əməliyyatlar bərpa oluna bilər”

Yens Stoltenberq: “Ukraynada atəşkəs pozulmaqdadır, hərbi əməliyyatlar bərpa oluna bilər”
# 28 may 2015 02:35 (UTC +04:00)

Bakı-APA. Ukraynanın şərqində atəşkəs rejimi pozulmaqda davam edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

Vaşinqtonun beynəlxalq və strateji araşdırmalar Mərkəzində çıxış edən Y.Stoltenberq qeyd edib ki, bölgədə hər an hərbi əməliyyatlar bərpa oluna bilər: “Bu səbəbdən mən ABŞ, Almaniya və Fransanın səylərini tam dəstəkləyirəm. Böhran siyasi yolla həll olunmalıdır. Sülhün yolu isə Minsk razılaşmalarının yerinə yetirilməsidir”.

NATO-nun baş katibi Rusiyanı qonşu dövlətlərin sərhədlərini pozmaqda ittiham edib: “Rusiya qondarma Donetsk və Luqansk xalq respublikalarına yardım göstərir, Krımı ilhaq edərək və silahlılara fəal dəstək verərək beynəlxalq hüququ pozur”. Y.Stoltenberqin sözlərinə görə, Ukraynada baş verənlər Avropa qitəsində təhlükəsizliyin əsaslarını sarsıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR