Azərbaycanla Makedoniya işgüzar əlaqələri genişləndirir - FOTOSESSİYA

Azərbaycanla Makedoniya işgüzar əlaqələri genişləndirir - <span style="color: red;">FOTOSESSİYA
# 09 sentyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Azərbaycan-Makedoniya işgüzar görüşü keçirilir.

APA-Economics”in xəbər verir ki, görüşdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir.

Nazir qeyd edib ki, Azərbaycanla Makedoniya arasında hökumətlərarası sənədlərin olmasına baxmayaraq, iqtisadi sahədə statistik göstəricilər elə də böyük deyil.

“Azərbaycanda iqtisadiyyat dinamik şəkildə inkişaf edir. Biznesin, investisiya mühitinin cəlbediciliyi, siyasi və makroiqtisadi göstəricilər son 10 ildə 3 dəfə artıb. Habelə Azərbaycanın xarici borcu ÜDM-nin 8%-a yaxındır”, - deyə Ş. Mustafayev qeyd edib.

İqtisadiyyat və sənaye naziri Dünya İqtisadi Forumunda (WEF) Azərbaycanın iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə dünyanın 144 ölkəsi arasında 38-ci mövqeyə yüksəldiyini vurğulayıb. Ş. Mustafayev Azərbaycanın Makedoniya üçün şərqə pəncərə ola biləcəyini qeyd edib.

Makedoniyanın baş nazirin müavini, maliyyə naziri Zoran Stavreski ölkəsi haqda təqdimatla çıxış edib. O, qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı üçün sağlam mühit və potensial mövcuddur.

Z. Stavreskinin sözlərinə görə, azərbaycanlı iş adamları Makedoniyada kənd təsərrüfatı, sənaye, turizm, investisiya, ticarət sahələrində son dərəcə sadələşdirilmiş prosedurlar hesabına bizneslərini qurmaq imkanına malik ola bilər.

O, Makedoniyanın əlverişli iqlim şəraitinə malik olduğunu vurğulayaraq, kənd təsərrüfatı məhsullarının istehsalında maraqlı olan azərbaycanlı iş adamlarını bu ölkədə zavod açmağa da dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR