Anjey Kaspşik də helikopterin düşdüyü əraziyə getmədiklərini açıqlayıb

Anjey Kaspşik də helikopterin düşdüyü əraziyə getmədiklərini açıqlayıb
# 19 noyabr 2014 11:57 (UTC +04:00)

APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndidə televiziyaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu ərazidə ATƏT nümayəndə heyətinin təhlükəsizliyini təmin edə bilməyəcəyini nəzərə çatdırıb: “İstənilən monitorinq əvvəlcədən planlaşdırılır. Bu səbəbdən monitorinqlər öncəsi hazırlıq işləri aparılır. Növbəti monitorinqin keçirilməsi üçün müraciətimiz helikopterin vurulmasından öncə olub. Təbii ki, biz helikopterin düşdüyü yerdə monitorinq keçirmək istədik. Amma mənim Azərbaycandakı həmkarım bildirdi ki, bu ərazidə vəziyyət çox gərgindir, fəaliyyət göstərməyimiz üçün təhlükəsizliyimizə təminat yoxdur. Ona görə də monitorinqi plan üzrə keçirmək qərarına gəldik. Çalışıram ki, helikopterə tezliklə baxış keçirə bilək”.

Qeyd edək ki, bu gün A.Kaspşik İrəvanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Xatırladaq ki, "RİA Novosti" agentliyi ATƏT-in kommunikasiya və media ilə əlaqələr şöbəsinin əməkdaşı Mersiya Çauşeviç-Podziçə istinadən A.Kaspşikin helikopterin düşdüyü əraziyə baş çəkməsi ilə bağlı xəbər yayıb. Lakin həm Mersiya Çauşeviç-Podziç, həm də Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya açıqlamalarında bu xəbəri təkzib ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR