İndiyədək 700 minə yaxın qaz abunəçisi üçün «smart-kart» sayğacı quraşdırılıb

İndiyədək 700 minə yaxın qaz abunəçisi üçün «smart-kart» sayğacı quraşdırılıb
# 10 aprel 2013 13:48 (UTC +04:00)

Bakı - APA-Economics. Aprelin 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 527 894-ə çatıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Abunəçilərin 1 509 421-si və ya 98,8%-i əhali, 18 473-ü isə qeyri-əhali abonentidir. Qaz abunəçilərinin 671 284-ü və ya 44%-i Bakı şəhəri (661709 əhali, 9575 qeyri-əhali abonenti), 856 610-u isə regionların (847712 əhali, 8898 qeyri-əhali abonenti) payına düşür.

Qeyri-əhali abunəçilərinin 52%-i Bakı şəhərində, 48%-i rayonlardadır. İndiyədək qaz abunəçilərinin 1 527 698-i və ya 99,99%-i sayğaclaşdırılıb.

Aprelin 1-ə olan məlumata görə, əhali abonentlərinin mənzillərində 700 mindən artıq «smart-kart» tipli sayğac quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR