Bakıda hoteldən brilyant üzük oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakıda hoteldən brilyant üzük oğurlamaqda şübhəli bilinən şəxs tutulub
# 05 sentyabr 2015 07:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda hoteldə oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Natəvan küçəsində yerləşən hoteldə Sinay Nasimovanın otağından açarseçmə yolu ilə ona məxsus brilyant üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Faruk Məmməd oğlu Sadıqov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR