Lənkəranda avtomobil ağaca çırpılıb, iki nəfər yaralanıb - FOTO

Lənkəranda avtomobil ağaca çırpılıb, iki nəfər yaralanıb - <span style="color: red;">FOTO
# 25 aprel 2013 11:26 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 25-də səhər saat 8.30 radələrində Ələt-Astara magistralının 212-ci kilometrliyində - Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Daşdatük kənd sakini, 26 yaşlı Azər Feyziyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobil Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən idarə etməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbə nəticəsində avtomaşında olan sürücü və onun yanında əyləşmiş qaynı, 34 yaşlı Asim Feyziyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıblar. Müvafiq tibbi yardım göstərildikdən sonra hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerini müayinə edən yol polisi əməkdaşlarının ilkin qənaətinə görə, qəza sürücünün avtomaşını yüksək sürətlə idarə etməsi səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR