Azərbaycan Dövlət Neft Fondu «VTB» bankın səhmlərini alır

Azərbaycan Dövlət Neft Fondu «VTB» bankın səhmlərini alır
# 29 aprel 2013 10:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondu, Qətər Suveren Fondu və Norveç Suveren Fondu Rusiyanın «VTB» bankının əlavə səhm emissiyasının yerləşdirilməsində strateji investorlar kimi seçilib. «APA-Economics»in məlumatına görə, emissiyanın həcmi 102,5 mlrd. rubl (2,5 trln. səhm, bir səhmin qiyməti 0,041 rubl) təşkil edir.

Qeyd edək ki, emissiya artıq Rusiya Bankı tərəfindən qeydiyyata alınıb. Səhmlərin qiymətinə gəldikdə isə, bildirilir ki, təyin edilmiş qiymət bazar kotirovkalarından təxminən 9% aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR