İndoneziyanın İnsan Haqları üzrə Milli Komissiyası Çıraqovların işi ilə bağlı məhkəmə qərarını alqışlayıb

İndoneziyanın İnsan Haqları üzrə Milli Komissiyası Çıraqovların işi ilə bağlı məhkəmə qərarını alqışlayıb
# 26 iyun 2015 10:23 (UTC +04:00)

APA-nın “Jakarta Post”a itinadən verdiyi məlumata görə, bu ölkənin İnsan haqları üzrə Milli Komissiyasının sədri Nur Xolis bu addımın müharibə qurbanlarını ədalət axtarışı ilə bağlı daha da cəsarətləndirəcəyini qeyd edib.

Yazıda 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Laçın rayonundakı yurd-yuvalarından didərgin düşmüş 6 azərbaycanlı vətəndaşın – Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun Ermənistana qarşı qaldırdığı məhkəmə işi barədə ətraflı məlumat verilir. Bildirilir ki, 1992-ci ildən bəri bu insanlar və yüz minlərlə başqa insan Azərbaycan ərazisində qaçqın düşərgələrində yaşayır.

Nur Xolis bldirib ki, İndoneziyanın İnsan haqları üzrə Milli Komissiyası Azərbaycana və onun ədalət axtarışında olan vətəndaşlarına tam dəstək verməyə hazırdır.

“Biz beynəlxalq təşkilatlarda erməni işğalının azərbaycanlı qurbanlarına dəstək göstərəcəyik. Qurbanlara qarşı münasibətdə ədaləti bərpa etmək üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq”, - deyə o bildirib.

Yazının sonunda bildirilir ki, İndoneziyanın İnsan haqları üzrə Milli Komissiyası Ermənistanın törətdiyi vəhşiliklərin aşkara çıxarılması üçün aparılan beynəlxalq təhqiqata qoşulmağa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR