Ağsu rayonunda avtomobil qəzaya uğrayıb, sərnişin ölüb

Ağsu rayonunda avtomobil qəzaya uğrayıb, sərnişin ölüb
# 05 noyabr 2015 06:51 (UTC +04:00)

Bakı-APA. Bakı-Qazax magistral avtomobil yolunun Ağsu rayonu ərazisində “VAZ” markalı minik avtomobili qəzaya uğrayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər avtomobildə olan sərnişin, 1970-ci il təvəllüdlü Əhmədov Elsevər Hacı oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR