Fransada naməlum şəxslər 18 nəfəri girov götürüb

Fransada naməlum şəxslər 18 nəfəri girov götürüb
# 13 iyul 2015 10:57 (UTC +04:00)

APA-nın “Le Parisien”ə istinadən verdiyi xəbərə görə, polis hücum edən şəxslərin 3 nəfər olduğunu, onlardan birinin tüfənglə silahlandığını açıqlayıb. Onlar Vilnev-la-Qaren şəhərindəki ticarət mərkəzində “Primark” mağazasının 18 əməkdaşını girov götürüblər.

Hadisə ticarət mərkəzində panikaya səbəb olub. Olay yerinə xüsusi təyinatlılar göndərilib. Polis hadisənin qarət məqsədilə törədildiyini güman edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR