Sabir Rüstəmxanlı növbəti dəfə DAK-ın həmsədri seçilib

Sabir Rüstəmxanlı növbəti dəfə DAK-ın həmsədri seçilib
# 18 aprel 2015 14:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbulda keçirilən qurultayında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumun növbəti müddətə yenidən həmsədri seçiliblər.

DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bundan əlavə, qurultayda 21 nəfər DAK İdarə Heyətinin və 5 nəfər NTK-nın üzvü seçilib.

Eyni zamanda Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal DAK Məşvərət Məclisinin sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR