Bakıda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Bakıda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
# 13 oktyabr 2014 09:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Çermet” adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Maqsud Qurbanov yaşadığı evin pilləkənlərindən yıxılaraq xəstəxanaya yerləşdirilib. M. Qurbanov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR