Ukrayna Hərbi-Hava Qüvvələri separatçıların 14 ədəd texnikasını məhv edib

Ukrayna Hərbi-Hava Qüvvələri separatçıların 14 ədəd texnikasını məhv edib
# 12 iyul 2014 21:54 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Zərbələrin hamısı hədəflərə dəqiq dəyib. Aviasiyanın əlaqələndirilmiş əməliyyatı zamanı düşmənin müxtəlif tipli 14 ədəd texnikası məhv edilib”, deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ötən gün ərzində separatçılar Ukrayna ordusunun Luqansk vilayətinin Makarovo, Aleksandrovsk, Marinovka yaşayış məntəqələri yaxınlığındakı blokpostlarını minaatanlardan və avtomat silahdan atəşə tutublar. Həmçinin, Donetsk aeroportu da atəşə məruz qalıb. Hərbçilər arasında itki yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR