Malta mətbuatı: Baş nazir Cozef Muskat Azərbaycanda enerji məsələlərini müzakirə edəcək

Malta mətbuatı: Baş nazir Cozef Muskat Azərbaycanda enerji məsələlərini müzakirə edəcək
# 15 dekabr 2014 06:47 (UTC +04:00)

Bakı - APA-Economics. Bakıya rəsmi səfərə gələn Maltanın baş naziri Cozef Muskat Azərbaycandan rəsmiləri ilə enerji məsələlərini müzakirə edəcək.

APA-Economics”in məlumatına görə, bu barədə “Times of Malta” nəşri yazır.

Nəşr baş naziri energetika naziri Konrad Mitsinin müşayiət etdiyinə diqqət yetirir.

Məlumatda qeyd olunur ki, Maltanın baş naziri Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Artur Rəsi-zadə ilə görüşəcək.

Yazıda C. Muskatın bir müddət öncə Azərbaycana səfəri ilə bağlı ölkəsindəki açıqlaması yada salınır. O zaman hökumət başçısı bildirib ki, Bakıya edəcəyi səfər Maltanın enerji təhlükəsizliyi baxımından çox vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR