Azərbaycan prezidenti Lüksemburqun böyük hersoqunu təbrik edib

Azərbaycan prezidenti Lüksemburqun böyük hersoqunu təbrik edib
# 22 iyun 2016 16:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Lüksemburqun böyük hersoqu Anrini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR