Amerikalı politoloq: “Yunanıstan Rusiyanı seçsə, ABŞ-ın Avropada hegemonluğu bitəcək” - VİDEO

Amerikalı politoloq: “Yunanıstan Rusiyanı seçsə, ABŞ-ın Avropada hegemonluğu bitəcək” - <span style="color: red;">VİDEO
# 13 aprel 2015 16:14 (UTC +04:00)

Bakı-APA. “Yunanıstan parlamenti Avropa İttifaqına alternativ olaraq Rusiyanı seçsə, İspaniya və İtaliya da bu yolu seçəcəklər. Bu isə Amerikanın Avropadakı hegemonluğuna son qoyulmasına gətirib çıxaracaq. Afinanın kursu Rusiya və Çin istiqamətinə dəyişməsi ilə ABŞ regiona nəzarəti itirmiş olacaq”.

APA TV-nin məlumatına görə, bu fikirlər amerikalı politoloq Pol Kreyq Robertsə məxsusdur.

Politoloq bildirib ki, ABŞ-ın öz gücünə vurğunluq siyasəti yüz milyonlarla insan üçün daimi təhlükə kəsb edir: “Çünki təcavüz ABŞ-ın və onun Avropadakı vassallarının yürütdüyü siyasətin ana xəttinə çevrilib. Vaşinqton 21-ci əsrdə inanılmaz sayda insanı qətlə yetirməsini “terrorçuluğa qarşı mübarizə” adı altında pərdələyib. Terrorçuluğa qarşı mübarizə ABŞ-ın dünyada hegemonluğunu arzulayan neomühafizəkarların yaratdığı illüziyadır. Lakin bəşəriyyətin ümid çırağı heç də Qərb deyil”.

Avropa İttifaqının lider ölkələri və Amerikanın investisiya fondları tərəfindən qarət olunan Cənubi Avropa ölkələrinə gəldikdə Roberts Avropa İttifaqına üzvlüklə gözləri qamaşan xalqları bu birliyi tərk etməyə çağırıb. Politoloq bildirib ki, Avropa İttifaqının istismar sistemi Avropa dövlətlərinin suverenliyini əlindən almağa yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR