Gələn ay «Bolkart»ların sayının 100 minə çatacağı gözlənilir

Gələn ay «Bolkart»ların sayının 100 minə çatacağı gözlənilir
# 15 aprel 2013 13:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ən populyar kredit kartı olan «Bolkart»ın yaxın zamanlarda 100 000-ci sahibi müəyyən ediləcək. «Bank of Baku» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda hər gün 600-dən çox «Bolkart» verilir və gələn ay bu rəqəmin 100 minə çatacağı gözlənilir.

Gündəlik say www.bolkart.az saytında yenilənir. Qeyd edilir ki, 2011-ci ilin sonunda kütləvi dövriyyəyə buraxılan «Bolkart» qısa müddət ərzində böyük populyarlıq qazanıb və bu gün artıq 85 minə yaxın insan ondan gündəlik istifadə edir. Bu kartlarla gündəlik 2 minə yaxın əməliyyat həyata keçirilir. Bütün bu göstəricilər üzrə «Bolkart» Azərbaycanın plastik kartlar bazarında şəksiz liderdir. Bu gün «Bolkart»la ölkənin 700-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Müvafiq mağazalar yalnız Bakıda deyil, habelə regionlarda, o cümlədən, Gəncə, Sumqayıt və Şəkidə yerləşir. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq mümkündür. «Bolkart» ilə hər-hansı mal alıb, onun dəyərini bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya ödəmək olar. Kart sahibləri «Bolkart»dan habelə vaxtaşırı pul çıxara da bilirlər.

Yaxın zamanlarda «Bank of Baku» ASC «Bolkart» sahibləri üçün yeni kampaniyalar keçirməyi nəzərdə tutur. «Bolkart»ın üstünlükləri ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR