Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Aprel - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Aprel - <span style="color: red;">VİDEO
# 24 aprel 2015 17:11 (UTC +04:00)

100 illik ərəfəsində qondarma “erməni soyqırımı”nın tanınmasına da qətnamə və bəyanatlar əvvəlki faktların təkrarından başqa bir şey deyil. Rusiya Dövlət Duması 1995-ci ildə bununla bağlı müvafiq qərar qəbul etmişdi, 10 il sonra Rusiya prezidenti həmin qətnaməyə əsaslanaraq bəyanatla çıxış etdi. Vatikan 2000-ci ildə qondarma soyqırımı tanıdığını bəyan etmişdi, Roma Papası 5 il sonra bu mövqeyi təkrarladı. Avropa Parlamenti ilk dəfə 1987-ci ildə “soyqırımı”nı tanışmışdı, ondan sonra dörd dəfə analoji qətnamə qəbul edib. Demək ki, ermənilərin 100 illiklə bağlı planları faktiki olaraq iflasa uğrayıb. “Soyqırımı” müharibəsində dəyişən ciddi bir şey yoxdur, hətta Almaniya prezidenti və parlament sədrinin qondarma “erməni soyqırımı”nı tanımasını belə ciddi fakt kimi qəbul etmək olmaz. Almanları narahat edən 1915-ci ildə hansısa xalqın soyqırımına məruz qalması barədə iddialar deyil, almanları narahat edən dünyada soyqırımı törətdiyi rəsmi şəkildə, məhkəmə qərarı ilə təsbit olunmuş tək millət olmalarıdır. Bu mənada Almaniyanın qondarma “soyqırımı” tanıma cəhdləri “cəhənnəmə gedən özünə yoldaş axtarır” misalından başqa bir şey deyil. Eyni zamanda məlum bəyanatı məsələn kansler Merkelin deyil, simvolik statusa sahib prezidentin verməsi göstərir ki, Almaniya belə Ermənistanla Türkiyə arasında balansı qorumaqda maraqlıdır. Tablodakı mənzərə bundan ibarətdir, belə tablonun Çanaqqala zəfərinin 100 illiyi tədbirlərinin kölgəsində qalmasını təbii qəbul etmək lazımdır. Və sonda. Çanaqqala savaşı Türkün zəfər bayramıdır, Türkiyənin və Azərbaycanın bir dövlət kimi qalmasının əsası qoyulmuş bu bayram hamımızın bayramıdır. Bu ildən etibarən biz artıq 24 aprel tarixini Türkün Zəfər Bayramı kimi qeyd edəcəyik və 24 aprel dünyanın yaddaşından qondarma soyqırımın ildönümü kimi silinəcək. 24 aprel münasibətilə sizləri təbrik edirik, bayramınız mübarək olsun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR