Çində quş qripindən ölənlərin sayı 22 nəfərə çatıb

Çində quş qripindən ölənlərin sayı 22 nəfərə çatıb
# 23 aprel 2013 17:57 (UTC +04:00)

Bakı-APA. Çində martın sonlarında ilk dəfə insanda aşkarlanmış H7N9 quş qripinin qurbanlarının sayı 22 nəfərə çatıb. Bu gün Çetszyan vilayətində daha bir sakin bu xəstəlikdən keçinib. APA-nın xəbərinə görə, bu barədə Çinin səhiyyə və doğuşun planlaşdırılması komitəsi məlumat yayıb.

Ölənlərin 12 nəfəri Şanxay sakinidir. 5 nəfər Çjetszyan, 3 nəfər Tsyansu və 1 nəfər Anhoy vilayətlərində keçiniblər.

Komitənin məlumatına əsasən, hazırda Çində bu virusa yoluxanların sayı 108 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR