İran Rəşt-Bakı-Həştərxan aviareysinin bərpasında maraqlıdır

İran Rəşt-Bakı-Həştərxan aviareysinin bərpasında maraqlıdır
# 23 sentyabr 2014 07:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İran Rəşt-Bakı-Həştərxan aviareysinin bərpa olunmasında maraqlıdır.

APA-Economics” İranın “Farsnews” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi bildirib.

Vali deyib ki, iki ölkə arasında qeyd edilən istiqamət üzrə hava əlaqəsinin bərpa olunması Azərbaycanla İran arasında ticarət dövriyyəsinin artırmasına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcək.

M. Ə. Nəcəfi hal-hazırda Rəşt-Bakı-Həştərxan marşrutu üzrə təyyarə reysinin yenidən açılmasına dair Azərbaycan tərəfi ilə danışıqların davam etdirildiyini açıqlayıb.

Kənd təsərrüfatı məhsullarının istehsalına toxunan vali Gilandan Azərbaycana düyü və çay ixrac ediləcəyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR