Hər il 800-ə yaxın gənc müəllim ucqar yerlərə işləmək üçün göndərilir

Hər il 800-ə yaxın gənc müəllim ucqar yerlərə işləmək üçün göndərilir
# 19 fevral 2013 15:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Ucqar kəndlərə işləmək üçün göndərilən müəllimlərin hamısı orada qalıb işləmir, onların bəziləri geri qayıdır”. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov bildirib: “ Hər il 800-ə yaxın gənc imtahan verərək ucqar yerlərə işləməyə gedir. Amma təəssüf ki, onların hamısı orada qalıb çalışmır. Müəyyən səbəbdən onların bəziləri geri qayıdır”.

Nazir, repetitor hazırlığı məsələsinə də toxunub. O qeyd edib ki repetitor hazırlığı daim olub. Lakin son vaxtlar bunu daha geniş vüsət aldığını bildirən M. Mərdanov bildirib ki, şagirdlərin orta təhsil müəssisələrində bilik almalarına çalışmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR