Hicran Hüseynova: “Bütün rayonlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı monitorinq qrupları yaradılıb”

Hicran Hüseynova: “Bütün rayonlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı monitorinq qrupları yaradılıb”
# 13 noyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət mərkəzlərinin sayı gündən-günə artır. Komitə tərəfindən məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatların toplanmasına başlanılıb. Pilot layihə kimi ilkin onlayn məlumat bazası yekunlaşmaq üzrədir”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması” üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, bütün rayonlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı monitorinq qrupları yaradılıb.

H. Hüseynova qeyd edib ki, bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır: “Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Belə halların qarşısını almaq üçün bu istiqamətdə bir sıra işlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR