“Azərbaycanda və Gürcüstanda əlilliyi olan şəxslərin problemlərinin həlli yolları” mövzusunda telekonfrans keçirilib

“Azərbaycanda və Gürcüstanda əlilliyi olan şəxslərin problemlərinin həlli yolları” mövzusunda telekonfrans keçirilib
# 29 mart 2013 14:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Gürcüstanın müvafiq dövlət orqanı ilə birgə “Azərbaycanda və Gürcüstanda əlilliyi olan şəxslərin problemlərinin həlli yolları” mövzusunda telekonfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, telekonfransda əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev Azərbaycanda əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib.

Qeyd edək ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati, Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə “BUTA” Humanitar Uşaq Fondu və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Bərabər hüquqlar, bərabər imkanlar” layihəsi çərçivəsində təşkil olunub. Layihənin məqsədi əlilliyi olan insanların hüquqlarının gerçəkləşməsi istiqamətində səylərin artırılması üçün müvafiq şəraitin və imkanların yaradılması, əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən siyasətin təkmilləşməsinə və ölkələrarası təcrübə mübadiləsinə dəstək verilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR